"Qarabağ"ı milyonlardan məhrum edən klub çempion oldu

Belarus Premyer Liqasında "Neman Qrodno"nu evində 1:0 hesabı ilə məğlub edən BATE çempionluğunu rəsmiləşdirib.

Newsport.az xəbər verir ki, bu, Borisov təmsilçisinin ardıcıl 13-cü çempionluğu olub. Xallarını 69-a çatdıran "sarı-göylər" ən yaxın rəqibi Minsk "Dinamo"su üçün əlçatmaz olub. Beləliklə, BATE ümumilikdə 15-ci dəfə qızıl medalları qazanıb.

Qeyd edək ki, BATE bu mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı iki oyunun nəticəsinə görə üstələyərək, pley-offa adlamışdı. Həmin qələbə Belarus klubuna 5 milyon avro qazandırmışdı. Əgər mərhələni "Qarabağ" keçsəydi UEFA həmin məbləği "Qarabağ"a ödəyəcəkdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right