Kosovo yığmasının kapitanı: “Azarkeşlərimiz Azərbaycanı da məğlub etməyimizə kömək edəcəklər”

Kosovo yığmasının kapitanı Samir Uykani Millətlər Liqasının qrup mərhələsinin son iki matçında Malta və Azərbaycan yığmaları ilə bağlı fikirlərini bölüşüb. Newsport.az xəbər verir ki, Türkiyə Superliqa təmsilçisi “Çaykur Rizespor”un şərəfini qoruyan 30 yaşlı qolkiper tarixi şanslarından danışıb.


Təcrübəli əlcək sahibi hazırda yalnız Malta ilə oyunu düşündüklərini dilə gətirib: “İlk qarşılaşmamız Maltayladı. Biz də bu gün yalnız həmin qarşılaşma barədə düşünürük. Həmin görüşdən sonra Azərbaycan səddi barədə fikirləşəcəyik. Gözəl başa düşürük ki, tarixi şans qazanmışıq – Avro-2020-yə vəsiqə uğrunda pley-offda oynaya bilərik. Qrupdakı hər iki matç ağır olacaq. Maltayla yaxşı nəticə əldə edə bilsək, azarkeşlərimiz Azərbaycanı da məğlub etməyimizə kömək edəcəklər”.


Qeyd edək ki, aktivində 8 xal olan və millimizi 2 xal arxada qoyan Kosovo, noyabrın 17-də Valettada Maltanın qonağı olacaq. Bundan 3 gün sonra isə Uykani və dostları Qurban Qurbanovun komndası ilə həlledici matça çıxacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right