Qurbanov 73, Bordin 190 pillə gerilədi

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Newsport.az xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 685 xalla 587-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 73 pillə geriləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 482 xalla 190-cı pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 190 pillə geriləyib.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. "Qremio"nun çalışdırıcısı Renato Qauço 2-cidir. 3-cü pillədə  "Atletiko" "sükanı arxası"nda olan Dieqo Simeone qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right