Dəniz Yılmazın komandası Ozan Canı məyus etdi

Futbol üzrə Türkiyə 1-ci liqasında 11-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” bu turda U-21 yığmamızın üzvü Ozan Can Kökçünün komandasını - “Girəsunspor”u qəbul edib.

Qarşılaşmanın taleyini 1 qol həll edib. Paytaxt klubu ev oyunundan qalib ayrılıb - 1:0.

Dəniz bu görüşün 90-cı dəqiqəsində meydana buraxılıb. Ozan isə start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.

11 turdan sonra “Gənclərbirliyi” 31 xalla liderdi. “Girəsunspor” isə 14 xalla 9-cudu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right