Qurban Qurbanov yeni ofisdə məşqçilərlə görüş keçirdi FOTOLAR

Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov milli komandaların məşqçi və inzibati heyəti ilə görüşüb.

Newsport.az-ın məlumatına görə, millinin baş meneceri İslam Abbasovun iştirakı ilə Bakı Olimpiya Stadionunda yerləşən qurumun milli komandalar üçün yeni ofisində keçirilmiş görüş zamanı ofisdə  tətbiq olunacaq iş prosesi və gələcək planlar barədə söhbət açılıb.

Qurban Qurbanov bildirib ki, daha sıx ünsiyyətdə olmaq və birgə müzakirələr aparmaq imkanı baxımından yeni ofis çox əlverişlidi.

Baş məşqçi bütün komandaların məşqçi heyətinin qarşılıqlı fikir mübadiləsi aparmasının, vahid komanda şəklində çalışmalı olduqlarının vacibliyini diqqətə çatdırıb.

Qurban Qurbanov yeni ofisdə məşqçilərlə görüşüb (fotolar)

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right