“Neftçi” “Zirə” ilə oyun üçün hazırlığa başladı

“Neftçi” Topaz Premyer Liqasının 11-ci turunda qarşılaşacağı “Zirə” ilə oyun üçün hazırlığa başlayıb. Newsport.az xəbər verir ki, "Keşlə” ilə görüşdən (1:0) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün öz bazasında məşqə çıxıb. 
 
Məşqdə zədəli Ruslan Abışov və Məhəmməd Mirzəbəyovdan başqa bütün futbolçular iştirak edib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
 
Qeyd edək ki, "Neftçi” – "Zirə” oyunu noyabrın 10-da 8-ci km stadionunda keçiriləcək.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right