Abasovla ilk, tarixdə 30-cu: 10-cu dəfə qolsuz

Azərbaycan Premyer Liqasının X turunda “Səbail”lə qolsuz heç-heçə edən “Zirə” 30-cu sülhə imza atıb.

 

Newsport.az xəbər verir ki, bu, komandanın Premyer Liqadakı 102-ci oyununa təsadüf edib.

 

Bakılılar 2015/16 mövsümündə 11, 2016/17 mövsümündə 9, ötən çempionatda 8 dəfə meydanı 1 xalla tərk etmişdisə, cari turnirdə 2-ci dəfə bərabərliklə kifayətlənib. Bu heç-heçələrdən 14-ü evdə, 16-sı səfərdə qeydə alınıb.

 

“Zirə” ilk dəfə baş məşqçisi Samir Abasovun rəhbərliyi altında heç-heçə edib. Əvvəlki 29 heç-heçədən 15-i Ayxan Abbasov, 14-ü Adil Şükürovun çalışdırıcılıq dövründə qeydə alınıb. “Zirə” üç müxtəlif hesablı heç-heçə edib. 16 dəfə 1:1, 4 dəfə 2:2 hesabına imza atan komanda 10-cu dəfə meydanı qolsuz bərabərliklə tərk edib. Əvvəlki qolsuz matçlardan 6-sı 2015/16, 1-i 2016/17, 2-ci 2017/18 mövsümündə gerçəkləşib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right