Əvvəlcə “Vorskla”nın baş məşqçisi, sonra Qurbanov

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Vorskla" - "Qarabağ" qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransları və son məşqlərin vaxtı bəlli olub. Newsport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, əvvəlcə yerli komandanın baş məşqçisi Vasili Saçkonun mətbuat konfransı keçiriləcək.

O, saat 19:00-da media mənsublarının önünə çıxacaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə saat 20:30-da jurnalistlərin suallarını cavablandıracaq. Hər iki mətbuat konfransı oyunun keçiriləcəyi Aleksey Butovski adına "Vorskla" stadionunda olacaq.


Mətbuat konfransının ardından “Qarabağ” ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq. "Vorskla"nın məşqi isə saat 13:15-də klubun bazasında olacaq.


“Vorskla” - “Qarabağ” matçı noyabrın 8-də, saat 00:00-da başlayacaq.


Komandalar arasında Bakıda baş tutan ilk oyun Poltava təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right