“Qəbələ”nin oyunçusu Adebayorla bir yerdə

Toqo yığmasının heyəti açıqlanıb. Baş məşqçi Klod Le Roy Afrika Millətlər Liqasının seçmə mərhələsində Əlcəzairlə keçiriləcək qarşılaşmaya “Qəbələ”nin yarımmüdafiəçisi Lalavele Atakoranı da çağırıb. Newsport.az xəbər verir ki, 22 nəfərlik siyahıda Azərbaycan çempionatında iştirak edən futbolçu da var.
 
Həmçinin “Keşlə”nin hücumçusu Conatan Ayitenin “Fulhem”dəki qardaşı Floyd Ayite də qarşıdakı görüşdə iştirak hüququ qazanıb. Bundan başqa, yığmanın oktyabrdakı görüşlərindən imtina edən kapitan Emmanuel Adebayor növbəti dəfə yığmaya dəvət alıb.
 
Qeyd edək ki, Toqo Əlcəzairlə noyabrın 16-da qarşılaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right