"Vorskla"nın baş məşqçisi: "Bu emosiya "Qarabağ"la matça da bəs edər"

"Düşünürəm ki, bəzi futbolçularımız şüur altında özlərini “Qarabağ”la həftənin 4-cü günü keçiriləcək çətin oyuna hazırlayırdılar. Bu qələbəyə görə şadam və bütün azarkeşlərimizi, komanda üzvlərini təbrik edirəm. Nəticə qazanmaqla yanaşı, həmdə yaxşı oyun göstərdik”. Newsport.az xəbər verir ki, bu fikirləri Ukraynanın "Vorskla" kubunun baş məşqçisi Vasili Saçko bildirib. 

 

Premyer Liqanın XII turunda səfərdə “Lvov” üzərində 2:0 hesabı ilə qələbə qazandıqları qələbəni şərh edən 43 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la qarşı keçirəcəkləri ev oyununa da toxunub: "Bu cür qələbələrdən sonra qarşıdakı oyunlara hazırlaşmağın daha asan olduğunu düşünürəm. “Bu emosiya “Qarabağ”la matça da bəs edər. Qələbə qazandıqdan sonra bərpa olmaq və növbəti görüşə hazırlaşmaq daha asandı. İndi əsas işimiz futbolçuları qarşıdakı oyuna daha emosional hazırlamaqdı. Burada həkimlərimizin də üzərinə iş düşür”.


Qeyd edək ki, noyabrın 8-də Poltavada keçiriləcək “Vorskla” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right