"Zirə"nin legioneri "Neftçi"dən çəkinmədiklərini açıqladı: "İlk oyunda xüsusi nəsə etmədilər"

Azərbaycan Premyer Liqasının 10-cu turunda "Zirə" evdə "Səbail"lə 0:0 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görəoyundan sonra "Zirə"nin Miloş Radivoyeviç açıqlama verib.

Serbiyalı müdafiəçi öncə oyunla bağlı danışıb: "Birinci hissədə çox yaxşı oynadıq. 2-3 qol vəziyyətindən istifadə edə bilmədik. Rəqib qırmızı vərəqə alandan sonra qapılarına doğru sıxışdırdıq. Əfsuslar olsun ki, müdafiəni qırmaq çətin oldu".

28 yaşlı futbolçu "Səbail"İn 10 nəfərlə qalandan sonra bütün komanda ilə müdafiə olunduğunu və bu amilin onlara çətinlik yaratdığını deyib: "Qırmızı vərəqə alandan sonra “Səbail” bütün heyətlə müdafiə olundu. Bu da bizim üçün çətin oldu. Pərdisin də real qol şansı oldu və top dirəyə dəydi, digər epiozdlarda isə Emil Balayev yaxşı oynadı".

"Bir neçə dəfə qapıya zərbə vurdun. Oyunun qəhrəmanı olmaq istəyirdin" sualına Miloş belə cavab verib: "Uzaqdan zərbələri xoşlayıram. Nəzərə aldım ki, meydan təbii ot örtüklüdür, zərbə vuraram, sürüşər, qapıya daxil olar. Ancaq məndə alınmadı. Oyunun qəhrəmanı olmaq deyil, komandaya kömək etmək istəyirdim. Oynadığımız son oyunlardan məmnunuq. Nəzərə alaq ki, topa son vaxtlar daha çox biz nəzarət edirik. Bu gedişlə yaxşı olacaq".

Radivoyeviç növbəti oyunda lider "Neftçi"yə qarşı keçirəcəkləri oyunla bağlı bunları söyləyib: "Bu cür davam etsək, təbii ki, qələbələr gələcək. Heç kimdən çəkinmirik. Rəqibin bizim üçün fərqi yoxdur. İlk oyunda “Neftçi” xüsusi nəsə etmədi, 2 zərbəyə 2 qol vurdular. Belə davam etsək, nəticələr yaxşı olacaq".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right