Samir Abasov: "Meydanda yeganə komanda "Zirə" idi"

“Belə oyundan sonra danışmaq çox çətindir. Futbolçuların oyundan sonrakı üzüntüsü mənə də keçdi”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Samir Abasov deyib. 

Qəsəbə təmsilçisi Azərbaycan Premyer Liqasının X turunda öz meydanında “Səbail”lə qolsuz heç-heçə edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Son 3 turda yaxşı oyun sərgiləyirik, ancaq qələbə qazana bilmirik. Oyun planımızda artım olması mənə əlavə motivasiya verir. Mən heç vaxt heç-heçə üçün oynamamışam. Hər zaman qələbə, sürətli oyun barədə düşünürük. Ən azından azarkeşlərə yaxşı futbol sərgiləmək istəyirik. Bu gün meydanda yeganə komanda “Zirə” idi. Gələcək oyunlara hazırlaşmalıyıq”.

- Cəmi bir əvəzetmə etdiniz. Bunun səbəbi nə idi?

- Meydanda olan futbolçulardan razı idim. Dilanın tempdən düşdüyünü görüb, əvəzetmə etdim. Futbolçular qələbəyə köklənmişdilər, ona görə risk etmək istəmədim.

- Komanda oynayır, ancaq futbolçuların fərdi ustalığı kifayət etmir. Qışı səbrsizliklə gözləyirsiniz?

- Mən sizinlə razılaşmaya bilmərəm. Əlimdə olan futbolçularla qışa və ya yaya qədər işləməliyəm. Güclənməyə ehtiyacımız var. Xüsusən də hücum xəttində.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah