Aftandil Hacıyev: "Texniki məğlubiyyətlərin günahını bizdə axtarırlar"

“Gərgin oyun oldu. Arıcıl iki oyundu 10 nəfərlə mübarizə aparırıq. Belə oyunlarda qazanılan xalı ”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bayıl təmsilçisi Azərbaycan Premyer Liqasının X turunda səfərdə “Zirə” ilə qolsuz heç-heçə edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Rəqib bizdən üstün oyun sərgilədi. Heyətimizdə zədəlilər var idi. Ağabala ilə Koçukun olmaması oyunumuza təsir etdi. Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə apardılar. Hətta rəqibi cəzalandıra bilərdik. Ədalətli nəticə heç-heçə idi”.

- Ağabala Ramazanovun zədəsi ciddidir?

-Zədəsi ciddi deyil. Ancaq bu oyunu buraxmalı idi. Hazırda fərdi məşqlərlə kifayətlənir. İnşallah, bu həftə komanda ilə məşqlərə başlamalıdır. 

- Oyunun gedişində zədələnən futbolçuların durumu necədir?

- İqor Korotetskinin zədəsi ciddidir. Lakin durumuna yekun tibbi müayinədən sonra aydınlıq gələcək. Ruslan isə gələn oyun bizimlə olacaq.

- Komanda 10 oyuna 6 qol vurub, ancaq üçüncü pillədə qərarlaşıb.  Hücumçularınız zəif təsir bağışladığını düşünmürsünüz?

- Belə deyək, nədənsə texniki məğlubiyyətlərin günahını bizdə axtarırlar.  Deməzdim ki, hücumçularımız zəifdir. Bəzən əks-hücumda, bəzən mövqe hücumlarında qollar vururuq. Elə rəqiblər var ki, birinci nömrə ilə oynamırıq.   

- Qışda heyətdə hansı dəyişikliklər edəcəksiniz?

- Əgər bu mövqedə qala bilsək, güclənəcəyik. Ən azı 3 oyunçuya ehtiyacımız var. 2 futbolçumuz zədəli olanda, çətinlik çəkdiyimizi görürük. Ona görə də qışda heyətimizi gücləndirməliyik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right