Elşad Əhmədov: "Bu, heç-heçə ediləsi oyun idi"

"Ağır oyun oldu. İkinci hissə daha maraqlı məcrada keçdi. Heyətdə müəyyən dəyişikliklər etmişdim. Yorğun futbolçulara istirahət verdik".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzan "Sabah"ın baş məşqçisi Elşad Əhmədov deyib.

Debütantın çalışdırıcısı oyunda heç-heçə etmək mümkün olduğunu qeyd edib: "İlk hissədə özümüzə bənzəmirdik. Vadim Abdullayevlə Tərzin Cahangirov özlərini yaxşı tərəfdən nümayiş etdirmədilər. Fasilədən sonra yaxşı oynamağa başladıq. Deviçin yoxluğu ziyanımızadır. Tural Qürbətova onun yoxluğunda şans verdik. Elşən Abdullayev daha sürətli futbolçu olduğu üçün Qürbətovu əvəzlədim. Bu, heç-heçə ediləsi oyun idi. Bizə rəqibi təbrik etmək qalır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right