"Nə oldu, külək hardan əsdi?" - Nazim Süleymanov

Azərbaycan Premyer Liqasının X turunda keçirilən “Qarabağ” – “Sumqayıt” oyunundan (2:0) sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Nazim Süleymanov fikirlərini bildirib.
 
Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə oyunla bağlı danışıb:


- “Qarabağ”ın matça yaxşı başlaması bizi arxadan oynamağa məcbur etdi. 20-25 dəqiqə geridən oynadıq. Qol epizodlarımız da oldu. Əfran yaxşı imkandan istifadə edə bilsəydi, vəziyyət dəyişə də bilərdi. Oyunçularda fərdi ustalıq baxımından fərq var. Rəqibin oyunçuları individual cəhətdən üstündü.

- Artıq 4-cü oyundu qələbə üzünə həsrətsiz. Ötən həftə ilə müqayisədə nə çatmadı?
- Digər oyunlara necə, bu matça da o cür hazırlaşmışdıq. Yəqin ki, rəqibin daha yaxşı oynaması öz sözünü dedi. Seriyaya gəlincə, bu, futboldu. İrəli baxmaq, çalışmaq lazımdı. Kim uduzmaq istəyər? Hamı qələbə arzulayır. Futbolun gözəlliyi bundadı.

- Ardıcıl xallar itirilməsi rəhbərliyin xoşuna gəlməyə bilər. Verilən istənilən qərara hazırsız?
- Bilmirəm, siz hansı qərarı istəyirsiz. Mən bura çalışmağa gəlmişəm. Komanda yaxşı oynayanda da yazırdız ki, baxımlı çıxış edirlər. Nə oldu, külək hardan əsdi? Məğlubiyyət varsa, əlbəttə, rəhbərlik sual verməli və baş məşqçi cavablandırmalıdı.

- Ancaq avrokubok zonasından get-gedə geri qalırsız?
- Hər bir komandanın hədəfi var. Avrokuboku kim istəməz? Biz bu yol üçün çalışırıq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right