"Neftçi" "Keşlə" qarşısına 3 itkiylə çıxacaq

“Neftçi” Azərbaycan Premyer Liqasının 10-cu turunda qarşılaşacağı "Keşlə” ilə oyunun hazırlığını başa vurub.

Newsport.az-ın məlumatına görə, komanda bu gün öz bazasında oyun öncəsi son məşqə çıxıb. 

Məşqdə zədəli Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Qoran Paratskidən başqa bütün futbolçular iştirak ediblər.

Xatırladaq ki, "ASK Arena”da baş tutacaq "Keşlə” – "Neftçi” matçı sabah saat 17:00-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right