Mourinyonun "Real"dakı köməkçisi Bakıya gələ bilər

"Real"ın sabiq məşqçisi Aytor Karanka "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Sportinq"in baş məşqçsi postuna namizdədi. Newsport.az xəbər verir ki, hazırda İngiltərədə "Nottinqem Forest"i çalışdıran 45 yaşlı ispan mütəxəssis Lissabon təmsilçisinin rəhbərliyinin istefaya göndərməyə qərar verdiyi baş məşqçi Joze Pezeyrunu əvəzləməyə mümkün namizədlər sırasına daxil edilib.

 

Karanka 2010-2013-cü illərdə "Real"ın baş məşqçisi Joze Mourinyonun köməkçisi olub. "Sportinq"in Portuqaliya Liqa Kubokunda "Eştoril"ə uduzmasından (1:2) sonra klub rəhbərliyi Pezeyru ilə yolları ayırmaq qərarına gəlib.

 

Xatırladaq ki, "Qarabağ" 0:2 hesabıyla uduzduğu lissabonluları bu ayın sonunda qəbul edəcək. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right