"Zirə" və "Səbail"in 6-cı dueli

“Zirə” Topaz Premyer Liqasının X turunda “Səbail”lə qarşılaşacaq.

Newsport.az xəbər verir ki, cari mövsümdə ikinci dəfə görüşəcək komandalar ümumilikdə 6-cı dəfə üz-üzə gələcək. Rəqiblərin əvvəlki 4 qarşılaşması Premyer Liqanın ötən mövsümünə təsadüf edib.

Həmin matçlar “qartallar"ın üstünlüyü ilə keçib. Üç qələbə qazanıb, bir dəfə heç-heçə edən “Zirə” bütün görüşlərdə rəqib qapısına yol tapıb. Top fərqində də bu üstünlük əksini tapıb – 5:2.

“Səbail”in ilk və yeganə qələbəsi cari mövsüm qeydə alınıb. “Zirə” həmin görüşdə texniki məğlubiyyət alıb.

"Zirə" 3-cü dəfə rəqibini öz meydanında qəbul edəcək. Əvvəlki matçlar hər iki komandanın qol vurması ilə diqqət çəkib. Zirənin eyniadlı təmsilçisi evdə 1 qələbə qazanıb, 1 heç-heçə edib.

Qeyd edək ki, “Zirə” və “Səbail” arasında keçirilən oyunlardakı 7 qola yeddi fərqli oyunçu imza atıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right