“Qarabağ”ın rəqibi baş məşqçisi ilə yollarını ayırır

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubu baş məşqçi Joze Pezeyru ilə yollarını ayıra bilər.

Newsport.az xəbər verir ki, Lissabon təmsilçisinin rəhbərliyi alınan uğursuz nəticələrdən sonra portuqaliyalı mütəxəssislə yolları ayırmaq qərarına gəlib. Bu barədə portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.

Xəbərdə Pezeyrunun göndəriləcəyi təqdirdə, komandanın “sükanı arxasına” iki əsas namizəd olaraq Paulu Souza və Leonardo Jardim göstərilib.

“Sportinq” dünən Portuqaliya kubokunda 2-ci liqa təmsilçisi “Eştoril”ə 1:2 hesabıyla məğlub olub. “Eştoril”də Azərbaycan millisinin üzvü Renat Dadaşov forma geyinir. Dadaşov bu matçda start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

“Sportinq” Avroliqanın E qrupunda “Qarabağ”, “Arsenal” və “Vorskla” klubları ilə mübarizə aparır. Lissabon təmsilçisi “Qarabağ”ı ilk oyunda 2:0 hesabıyla məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right