"Qarabağ" müraciət etdi, PFL müsbət cavab verdi

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

Newsport.az xəbər verir ki, müraciətdə ev oyunlarının keçirildiyi “Azersun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə, “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub. Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib: 

I Divizionun IX turunun “Qarabağ-2” – MOİK qarşılaşması 3 noyabr tarixindən 2 noyabr tarixinə keçirilsin. Görüş “Azersun Arena”da oynanılsın.

Topaz Premyer Liqasının X turunun “Qarabağ” – “Sumqayıt” görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilsin.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right