"Qəbələ"nin sabiq futbolçusu: "Mxitaryan futbolçu kimi necə Azərbaycanın düşməni ola bilər?"

"Qəbələ"də çıxış etdiyim dönəm Avropa Liqasında "Borussiya" ilə eyni qrupda idik. Ancaq Henrix Mxitaryan Bakıya gətirilməmişdi".

 

 Newsport.az xəbər verir ki, bu sözləri Ukrayna Premyer Liqa təmsilçisi Donetsk "Olimpik"ində çıxış edən sabiq "Qəbələ"li Aleksey Qay deyib. 35 yaşlı yarımmüdafiəçi 2015-ci ildə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Dortmund "Borussiya"sında çıxış edən ermıni yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıya gətirilməməsi barədə danışıb. Qay məsələ ilə bağlı bunları deyib: "Ermənistanla Azərbaycan arasında topraq münaqişəsi var. Henrix Mxitaryan futbolçu kimi necə Azərbaycanın düşməni ola bilər? Bu insan sevimli peşəsi ilə məşğul olur. O, ərazi işğal etmir. Belədə onu öz sevimli işini Azərbaycanda göstərmək imkanından məhrum edirlər. Mənim üçün bunlar anlaşılmazdır".

 

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər edən Henrix Mxitaryanın ölkəmizə girişinə qadağa qoyulub. 29 yaşlı yarımmüdafiəçi bu səbəbdən "Arsenal"ın Avropa Liqasının qrup mərhələsində Bakıda "Qarabağ"la keçirilən oyununa (3:0) gətirilməmişdi.

 

Qeyd edək ki, Qay 2015/16-cı illərdə "Qəbələ"də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right