"Qarabağ" yenə xal itirdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqada VII turdan təxirə salınmış oyun keçiriləcək.

Newsport.az-ın məlumatına görə, "ASK Arena"dakı qarşılaşmada "Keşlə" və "Qarabağ" komandaları üz-üzə gələcəklər. Son turda "Neftçi"yə, ondan əvvəl isə Avropa Liqasının qrup mərhələsində Bakıda "Vorskla"ya uduzan Ağdam klubu 2 oyunluq qələbə həsrətinə məhz paytaxt təmsilçisi ilə matçda son qoymaq niyyətindədir. Qurban Qurbanovun komandası səfərdə "Keşlə"ni məğlub etməklə, lider "Neftçi" ilə xal fərqini 3-ə endirmək istəyir.

"Keşlə" isə "Qarabağ"la oyuna təyinatı dünən gerçəkləşən Tərlan Əhmədovun rəhbərliyi altında çıxacaq. Ötən tur "Səbail"ə 1:2 hesablı məğlubiyyətdən sonra Mladen Milinkoviçlə yollarını ayıran Bakı klubu yeni baş məşqçisi ilə ilk matçda maksimum nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, oyun saat 19:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası

VII turdan təxirə salınmış oyun

31 oktyabr

19:00. "Keşlə" - "Qarabağ" 1:1

Qollar: Sərtan Taşkın, 88 - Miçel, 56
Hakimlər:
 Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
"ASK Arena"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right