Tərlan Əhmədov tanınmış simanı “Keşlə”yə gətirir

“Neftçi”nin baş məşqçisi postundan qalmaqallı şəkildə ayrıldıqdan sonra bir müddət işsiz qalan Tərlan Əhmədovun yeni postu bu gün rəsmən müəyyənləşdi.

Newsport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq kapitanı bu gün “Keşlə” ilə 1 illik müqavilə imzaladı. 

Əhmədov özü ilə birgə komandaya 2 məşqçi gətirməyi düşünür. Vaxtilə birgə oynadığı Camaləddin Əliyev və Bəxtiyar Musayevi heyətdə saxlamağı və komandanı beş barmağı kimi bilən Zaur İsmayılovu yanında saxlamağı düşünən Əhmədov böyük ehtimalla bir az sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandr Krakliç üçün əvəzləyici axtaracaq.

Bundan əlavə, heyətə daha bir yeni məşqçinin gələcəyi gözlənilir. Söhbət Azərbaycan futboluna çox yaxşı tanış olan Rəşad Sadiqovdan gedir. Futbolçu kimi son ilini məhz Əhmədovun rəhbərliyi altında “Neftçi”də keçirən  və bundan sonra böyük futbolla vidalaşan Sadiqovla Əhmədov ətlə dırnaq kimidirlər. Bizdə olan məlumata görə, Sadiqov məşqçiliyə də məhz Əhmədovun rəhbərliyi altında başlaycaq. Təyinatın yaxın  vaxtlarda açıqlanacağı gözlənilir. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right