Qurban Qurbanovun 350-ci oyunu

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Neftçi” ilə qarşılaşması “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan çempionatlarında çalışdırıcı kimi 350-ci matçı olub. 

 

Newsport.az xəbər verir ki, hesabında 206 qələbə və 83 heç-heçə olan 46 yaşlı mütəxəssis 1:3 hesablı yenilgi ilə 61-ci dəfə məğlubiyyət acısı yaşayıb. Onun komandası Premyer Liqada 523 qol vurub, 244-nü buraxıb.

 

Məşqçiliyə 2006/07 mövsümündə başlayan mütəxəssis karyerasında yalnız iki kluba rəhbərlik edib. Qurbanov ilk oyununu “Neftçi”də keçirib. O, paytaxt təmsilçisini 28, “Qarabağ”ı 322 çempionat matçına çıxarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right