"Qarabağ"ın avrokubok oyunlarının vaxtları dəyişdi

Dünən Avropanın bir sıra ölkələri qış saatına keçib.

Newsport.az xəbər verir ki, ölkəmizdə isə yay və qış saatlarına keçid yoxdur. Bu səbəbdən də Avropa arenalarında baş tutacaq oyunların başlama saatında dəyişiklik yaranıb. Çempionlar Liqası və Avropa Liqasının matçları artıq 20:55 və 23:00-da deyil, 21:55 və 00:00-da start götürəcək. Bu, Avropada yay saatına keçidə kimi davam edəcək.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında E qrupunda "Arsenal", "Sportinq" və "Vorskla" ilə mübarizə aparır. Təmsilçimizin 3 turdan sonra xalı yoxdur. Ağdam təmsilçisi son turda səfərdə "Vorskla" və "Arsenal"la, evdə isə "Sportinq"lə qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right