Mladen Milinkoviç: "Bu məğlubiyyətlər Zaur Axundovu qane etmir"

"Qısa müddətdə iki səhv etdik ki, rəqib də bundan yararlandı. İlk hissədə daha fəal olsaq da, rəqib üstünlüyə yiyələndi".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Səbail"ə 1-2 hesabı ilə uduzan "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç deyib. Serbiyalı mütəxəssis məğlubiyyəti şərh edib: "Fasilədən sonra "Səbail" azlıqda qaldı. Əvvəlcə 2, sonra hücumçu ilə oynadıq, amma təəssüf ki, 1 qol vurduq. Əlbəttə, bu məğlubiyyətlər klub prezidentini qane etmir. Bu gün rəqib qapıçı da yaxşı oynadı".

Milinkoviç Vaqif Cavadovun əvəzlənərkən onun əlini sıxmaması barədə bunları deyib: "Futbolda emosiyalar qaçılmaz olur. Biz məğlub olurduq. Belə anda futbolçu əvəzlənmək istəmir. Onun skamyaya təpik vurmasını görmədim. Bəlkə də əsəbləşib, zərbə vurub. Ancaq bu gün biz 3 xal itirmişik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right