"Komandanı hücumda görmürdünüz?" - Nazim Süleymanov

"Oyunun maraqlı keçəcəyini gözləyirdik. Belə də oldu. Matçın əvvəlində hesabda üstün idik. Oyuna nəzarət də bizdə idi. Hər şey yaxşı gedirdi. Futbol səhv oyunudur. Nəinki futbolçular, hətta bəzən azarkeşlərə görə də klubu cəzalandırırlar. Hərdən hakim də böyük rol oynayır. Buraxdığımız ilk qoldan əvvəlki epizodda penaltimiz verilmədi. Həmin anda penalti verilsəydi, hesab 3:0 olacaqdı. Komandanı niyə "sındırırlar"?. Demirik ki, bizə kömək etsinlər. Bizim də səhvlərimiz oldu. Həm uda, həm də uduza bilərdik. Futbolda belə şeylər olur. İrəli baxmaq lazımdır. Sadəcə, xallar komandadan gedir ki, buna təəssüflənirəm. Futbolçular öz güclərini meydanda qoyurlar, bir fiti səsləndirməməklə xallar gedir”.
 

Newsport.az saytının məlumatına görəbu sözləri "Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 9-cu tur oyunundan sonra mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Mehdi Cənnətov hər iki qolda səhv etdi. Onun oyununu necə dəyərləndirirsiniz?

 

- Kim meydanda olacaqsa, o, səhv edəcək. Göz önündə olan səhvlər görünür. Təhlil edib, bir daha baxacağıq.

- Atilla Yıldırıma qarşı səbir kasanız nə vaxt daşacaq?

- Elə Atillanı vurdular. Atilla oynayır, sadəcə, qol yoxdur. Hər şeyi zamana buraxaq. Qapıya zərbələr üzərində işləmək lazımdır. Qol fürsəti olsun ki, qol vura bilsin.

- İki qol imkanından düzgün yararlana bilmədi…

- İlk hissədə aldadıb zərbə vurdu, top dirəyin yanından keçdi. İrəlidə top saxlaya bilir. Bunlar üstünlükdür. Əlbəttə, biz hücumçunun qol vurmasını istərdik.

- İkinci hissənin əvvəllərində oyun getmirdi, amma dəyişiklik etmədiniz. Məsələn, Əfran İsmayılovu çıxara bilərdiniz. Bunun səbəbi nə idi?

- Əfrana top gələndə hər zaman hiss edirsən ki, qol epizodu yarada bilər.

- Rəqib meydanda azlıqda qalanda hücuma keçmirdiniz. Güc qalmamışdı?

- Komandanı hücumda görmürdünüz? Futbolda azlıqda oynayanda əks-hücumla qol da vura bilərsən. Qvanzavı ona görə meydana buraxdıq ki, irəli çıxsın.

- Qələbə istəyi olan komanda 3-cü əvəzetməni bu qədər gec etməzdi…

- Hər bir futbolçuya şans veririk. Əlimizdə olan oyunçulardan istifadə edirik.

- Ötən oyundan sonra Vurğun Hüseynovun cəzalanacağını demişdiniz. Kapitan haqda ictimaiyyətə belə açıqlama vermək nə dərəcədə doğrudur?

- Nə cəza olacağını bilirsiniz? Kim olur-olsun, səhv edən cəzasını almalıdır. Bu, klubun daxili işidir. Baş məşqçi də, kapitan da cəzalana bilər. Əlbəttə, cəzalanacaq (sportnet.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right