"Sumqayıt" "Qəbələ" ilə heç-heçə etdi, "Sabah"dan qələbə Yenilənib

Bu gün  Azərbaycan Premyer Liqada 9-cu tura start verilib.

Newsport.az saytının məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib. Turun açılış matçında debütant “Sabah” autsayder “Zirə”ni qəbul edib və rəqibini məğlub edib - 2:1. Bu qələbə ilə "Sabah" yenidən 3-cü pilləyə yüksəlib.


Günün digər oyununda isə “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşıb.  Matç 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

 

27 oktyabr (şənbə)

 

Azərbaycan Premyer Liqası, 9-cu tur

 

18:00. “Sumqayıt” – “Qəbələ” - 2:2
Qollar: 
Şəhriyar Əliyev, 7 (1:0),19 (2:0), Stiven Monroz, 42 (2:1), Atakora Lalavele, 56 (2:2)
Qırmızı vərəqələr: Bəhlul Mustafazadə, 90+2 ("Qəbələ"), Rauf  Əliyev, 90+3 ("Qəbələ")
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cavanşir Yusifov, Ramil Əhmədov
“Dalğa Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right