“Səbail” baş məşqçisini istefaya göndərdi

Birinci Divizionda çıxış edən “Səbail-2” baş məşqçi Elman Sultanovla yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun “Facebook”dakı rəsmi səhifəsi məlumat yayıb.

Klubun məlumatında bildirilir ki, qarşılıqlı razılıq əsasında məşqçinin müqaviləsinə xitam verilib.

Qeyd edək ki, istefaya komandanın bu mövsüm ardıcıl ikinci dəfə limiti pozaraq texniki məğlubiyyət almasıdı. İlk dəfə “Qarabağ-2” ilə heç-heçə bitən matçdan sonra texniki məğlubiyyət alan “Səbail-2” ötən gün də “Neftçi”nin əvəzediciləri ilə görüşdə oxşar səhvin qurbanı olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right