“Qarabağ” bu mənzərəyə layiq deyil FOTOLAR

“Qarabağ” və ya Azərbaycan futbol tarixinin ən uğurlu siması. Hər halda, ardıcıl qrup mərhələlərini “Qarabağ”ın sayəsində görmüşük, Çempionlar Liqasının qrup həyəcanını yaxşı-pis “Qarabağ”ın sayəsində hiss etmişik. Razı olmayanların isə hər hansı bir alternativi yoxdur. 

“Qarabağ” bütün tarixi uğurlarına Azərbaycan futbolunun göz bəbəyi olan Tofiq Bəhramov stadionunda imza atıb. “Qarabağ”ın hazırda rəqiblərini qəbul etdiyi Bakı Olimpiya Stadionu onlar üçün yad bir məkandır. 

Biz oyununun təkcə ilk və sonrakı mətbuat konfransında və 90 dəqiqəsində olmuruq. Matçın əvvəldən axıradək olan bütün proseslərində iştirak edirik. Oyunun BOS-da olduğunu bilən azarkeşlər buna ancaq və ancaq ağız büzürlər. Bunun səbəbləri ilə bağlı isə kifayət qədər yazılar yazmışıq, yazılar yazıblar. Heç “Qarabağ” özü də BOS-da oynamaq istəmir. Sadəcə, ən uğurlu təmsilçimizi şəxsi məqsədlər üçün xərcləyənlər Avropa Liqasının finalına hazırlıq adı ilə komandanı BOS-a sürgün edirlər. Nəticədə belə bir mənzərə ortaya çıxır. Etməyin!!!

 

futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right