“Vorskla”nın baş məşqçisi: “Qarabağ” güclü olduğunu sübut edib”

 “Hələ oyundan əvvəl demişdim ki, “Qarabağ” yaxşı komandadır. Bu gün bunun şahidi olduq”. Newsport.az saytının məlumatına görə, bu sözləri “Vorskla”nın baş məşqçisi Vasili Saçko deyib.

Ukrayna klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olub. Görüş Poltava təmsilçisinin minimal hesablı qəələbəsi ilə başa çatıb. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Yüksək səviyyəli komandaya qarşı oynadıq. İlk hissədə müdafiədən hücuma çıxmaqda çətinlik çəkirdik. Qələbə qazandığımıza görə xoşbəxtəm”.

- Sanki komandanızın oyunu alınmadı. Həmişə bərbad futbol sərgiləyib, qalib gəlirsiniz?

- “Qarabağ”ın kreativ oyunçuları var.  “Sportinq”lə oyunu yüksək səviyyədə keçirdik. Cəmi 3 dəqiqə zəif oynadıq və məğlub olduq.  Bu gün hər şey istədiyimiz kimi alınmadı. Ancaq şansımızı gözlədik və qol vurduq.  “Qarabağ”ın da qol imkanları oldu, lakin istifadə edə bilmədilər. Öz oyunumuzu artırmalıyıq.  Qələbə qazandığımıza görə xoşbəxtəm. Ümid edirəm ki, “Qarabağ” məğlubiyyəti tez yaddan çıxaracaq və növbəti oyunlarına hazırlaşacaq. 

- “Vorskla” “Sportinq”lə oyunda qələbəni son dəqiqələrdə əldən vermişdi. Bu gün həmin ssenarinin davam edəcəyini düşünürdünüz, yoxsa həmin potensialı “Qarabağ”da görmədiniz?

- Hər iki komanda bizim üçün güclü rəqib hesab olunur.  “Qarabağ” bir neçə ildir güclü olduğunu sübut edir.  Amma “Sportinq” və “Qarabağ”ı müqayisə etmək istəməzdim. Komandamdan daha yaxşı oyun gözləyirdim, lakin bəzi məqamlarda çox zəif çıxış etdik. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right