"Vorskla"nın hücumçusu: "Ukraynaya qələbə ilə qayıtmaq istəyirik"

"Bu səhər yaxşı əhval-ruhiyyə ilə oyanmışıq, çünki sabah Avropa Liqasında növbəti oyuna çıxacağıq".

 

Newsport.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"ın qonağı olacaq “Vorskla”nın hücumçusu Vladislav Kulaç deyib. Poltava təmsilçisinin hücumçusu iddialı olduqlarını deyib: 

 

"Düşünürəm ki, “Dinamo” ilə oyununun nəticəsindən asılı olmayaraq, biz bu oyunu gözləyirdik. Avropa arenasında keçirilən oyunlar hər zaman fəqli olur. Səfərə böyük ümidlərlə yollanırıq. İstənilən halda “Qarabağ”ı məğlub edərək, Ukraynaya daha yaxşı əhval-ruhiyyə ilə qayıtmaq istəyirik”.

 

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu saat 20:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right