“Qarabağ”a qarşı oynayacaq futbolçuları sevindirən addım

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Vorskla”da maliyyə problemlərinin olduğunu xəbər vermişdik.

Newsport.az xəbər verir ki, Ukrayna klubu futbolçularına olan borcları ödəməyə başlayıb. Bu barədə Ukrayna mətbuatında xəbər yayılıb.

Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko Poltava klubunun fəxri prezidenti Konstantin Jevaqoya məktub ünvalayaraq, borcların ödənməsini tələb edib. Federasiya rəhbərinin işə qarışmasından sonra "Vorskla"nın futbolçularına olan 5 aylıq borc qismən ödənilib. Bundan başqa, onlara söz verilib ki, qalan ödənişlər qısa zamanda ediləcək.

“Qarabağ” “Vorskla” ilə sabah Bakı Olimpiya Stadionunda qarşılaşacaq və oyun saat 20:55-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right