Qurban Qurbanovun diqqətində olan futbolçu: "Belə fürsət olsa, düşünmədən gedəcəm"

Rusiya Premyer Liqa təmsilçisi "Ufa"da çıxış edən Azərbaycan əsilli futbolçu Azər Əliyev yerli mətbuata müsahibə verib.

Newsport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi öncə futbola gəlişi barədə danışıb: "Futbola öz marağımdan gəldim. Atam da bu idman növünə aşiq idi. Özü futbolla məşğul olmasa da, çox sevirdi. Bu il dünya çempionatının bir neçə oyununu stadiondan izləyərək, uşaqlıq arzusuna çatdı. Mən də futbolçu olmaqla onun arzusunu reallaşdırmışam. Buna görə də xoşbəxtəm".

Azər sonuncu dəfə 2015-ci ildə azərbaycanda olduğunu xatırldadıb: "Mən Gürcüstanın Bəzəkli kəndində doğulsam da, Rusiyanın Krasnoyarsk şəhərində böyümüşəm. Azərbaycanda sonuncu dəfə 2015-ci ildə olmuşam. Çox gözəl ölkədir, hamıya orada olmağı məsləhət görürəm. Bakı sürətlə inkişaf edən böyük meqapolisdir. Azərbaycan mətbəxi möhtəşəmdir. Xüsusilə də anamın hazırladığı yeməklər. Azərbaycanda nərd populyar olsa da, mən həvəskarı deyiləm, amma oynaya bilirəm".

Əliyev Azərbaycan futbolu barədə də danışıb: "Azərbaycanda futbola böyük sərmayələr qoyulur. Klublar Avropa arenalarında layiqincə çıxış etməyə başlayıblar. "Qarabağ" və "Qəbələ"nin kifayət qədər güclü heyətləri var".

Milli komanda seçimini etməyən Azər gələcək karyerasından söz açıb: "Öz üzərimdə işləməli və artırmalıyam. Əgər İspaniya və İtaliya çempionatlarında oynamaq fürsəti yaransa, düşünmədən gedərəm. "Real"a xüsusi simpatiyam var".

Qeyd edək ki, millimizin baş məşqçisi Qurban Qurbanov Ayaz Quliyev, Azər Əliyev kimi qürbətdə olan futbolçuları diqqətdə saxladıqlarını demişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right