“Qarabağ” – “Vorskla” oyununa nə qədər bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyununa bilet satışı davam edir.

Newsport.az xəbər verir ki, qarşılaşmaya 16 min bilet satılıb.

Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür. Biletlərin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” matçı 20:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right