Regional Liqası ilə bağlı AFFA-dan sərt cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif birinciliklərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasında “Baku” FK (Bakı) – “Şahdağ” FK (Qusar) matçının 35-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Vüqar Asəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 38-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Vüqar Əlibabayev azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyinə görə 3 oyun cəzalanıb. Oyunun 45+2-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Firudin Ağalarovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb. “Baku” FK klubunun azarkeşləri meydana və rəqib komandanın futbolçularına yad əşya atdıqlarına görə kluba 3 oyunu azarkeşsiz keçirmək cəzası verilib və kluba xəbardarlıq olunub. Bu hal yenidən baş verəcəyi təqdirdə klub daha ağır cəza gözləyir.

Region Liqasında “Kürmük” – “Şəki” FK matçı başa çatdıqdan sonra “Kürmük” komandasının futbolçusu Surxay Mikayılovla Ramin Hacıyev və “Şəki”nin futbolçusu Süleyman Məmmədovla Nəriman İmayətov təhqiredici ifadələr və aqressiv davranışa, kütləvi dava-dalaşda iştirak etdiklərinə görə hər biri 9 oyun cəzalanıb. “Kürmük” növbəti 3 ev oyununu neytral meydançada və azarkeşsiz keçirəcək. Həmçinin bu komandaların cavab matçı olacaq “Şəki” FK – “Kürmük” matçı azarkeşsiz keçiriləcək.
“Kürmük” klubuna xəbardarlıq olunub. Bu hal yenidən baş verəcəyi təqdirdə klub yarışlardan kənarlaşdırılacaq.

Region Liqasında “Ağsu City” – “Füzuli” FK matçının 57-ci dəqiqəsində “Ağsu”nun futbolçusu Rəşad Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasında “Gənclik” (Sabirabad) – “Şamaxı” matçı başa çatdıqdan sonra “Şamaxı”nın futbolçusu Vüqar Süleymanov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Region Liqasında “Şıxlar” – “Uğur” matçının 42-ci dəqiqəsində “Şıxlar”ın futbolçusu Emin Şabanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Region Liqasında “Gənclik” İK (Bakı) – “Şirvanovka” (Qusar) matçının 90+1-ci dəqiqəsində “Gənclik”in futbolçusu Ələkbər Muradov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Gəclər Liqasında “Sumqayıt” – “Sabah” matçının 90-cı dəqiqəsində “Sabah”ın futbolçusu Fərid Soltanzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Gəclər Liqasında “Keşlə” – “Səbail” matçının 80-cı dəqiqəsində “Səbail”in futbolçusu Vidadi Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Xəzər Lənkəran” – “Keşlə” matçının 86-cı dəqiqəsində “Keşlə”nin futbolçusu Nəcməddin Şirinli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-16 Liqasında ROİL – “Qarabağ” matçının 75-ci dəqiqəsində ROİL-in futbolçusu Səyyad Xantəmirov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-16 Liqasında “Gəncə” TİM – “Sabah” matçının 65-ci dəqiqəsində “Gəncə”nin futbolçusu Sənan Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Sumqayıt” – “Neftçi” İK İB matçında “Sumqayıt”ın məşqçisi Zaur Hidayətov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Sabah” – “Səbail” matçında “Sabah”ın məşqçisi Elmir Zeynalov hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.

U-12 Liqasında ŞKGB TİM – “Şirvanovka” matçında ŞKGB komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasında “Qələmcə” – “Qazax Gəncləri” matçında “Qazax Gəncləri” komandasanın heyətində protokolda adı olmuyan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında “Təhsil RİM” – ROFM matçında ROFM komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Bədr FK” Xocalı – “Star Karqo” matçının 24-cü dəqiqəsində “Star Karqo”nun futbolçusu Əli Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Baku Fire” – AZMİU matçının 22-ci dəqiqəsində AZMİU-nun futbolçusu Vüsal Bağırzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Metropolitan” – “Yasamal” matçının 13-cü dəqiqəsində “Yasamal”ın futbolçusu Əbdül Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının EKOL – “Neftçi” matçının 15-ci dəqiqəsində EKOL-un futzalçısı Zaur Fərzəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right