AFFA Divizion klublarını cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Sumqayıt-2” – “Neftçi-2” matçında “Sumqayıt-2”-nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyun təyin olunduğu vaxtdan 4 dəqiqə gec başlandığı üçün “Sumqayıt-2” 240 manat cərimə olunub.

“Kəpəz” – “Keşlə-2” matçında “Keşlə-2”-nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Şüvəlan” – “Zaqatala” matçının 84-cü dəqiqəsində “Şüvəlan”ın futbolçusu Murad Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Ağsu” – “Qarabağ-2” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Səbail-2” – “MOİK” matçının 54-cü dəqiqəsində “Səbail”in futbolçusu Sərxan Əhmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 66-cı dəqiqəsində MOİK-in futbolçusu Bahadur Həziyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Zirə-2” – “Qaradağ Lökbatan” matçında “Zirə-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyun təyin olunduğu vaxtdan 8 dəqiqə gec başladığına görə hər iki klub 240 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right