"Sabah" - "Zirə" oyununun vaxtı dəyişdirildi

Azərbaycan 1-ci divizionunun 8-ci turunun oyun cədvəlində dəyişiklik edilib.

 

Newsport.az xəbər verir ki, “Sabah-2” komandasının oyunçuları Kamran Məmmədov, Elçin Mustafayev, Şakir Seyidov və Emil Qasımov U-19, Nemət Musayev isə U-17 milli komandasının düşərgəsində olduğu üçün “Sabah-2” - “Zirə-2” matçı təxirə salınıb.

 

“Sabah”ın müraciətini, “Zirə” klubunun razılıq məktubunu rəhbər tutan PFL matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 26 oktyabrda deyil, 29 oktyabrda keçirilməsinə qərar verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right