Qurbanov 48, Bordin 32 pillə gerilədi

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Newsport.az xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 881 xalla 511-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 48 pillə geriləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 882 xalla 510-cu pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 32 pillə geriləyib.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko" "sükanı arxası"nda olan Dieqo Simeone qərarlaşıb. "Qremio"nun çalışdırıcısı Renato Qauço 3-cüdür.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right