"Millətlər Liqası olmasaydı, Azərbaycan Avropa çempionatına iddia edə bilərdi?": Şevçenko

1968-1972-ci illərdə “Neftçi”nin şərəfini qorumuş Vitali Şevçenko “Liverpul”un baş məşqçisi Yurgen Kloppun UEFA Millətlər Liqasını mənasız yarış adlandırması barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, veteran hücumçu turnirin Azərbaycan və Ermənistan kimi ölkələrin Avropa çempionatının final mərhələsində iştirakı baxımından vacib olduğunu qeyd edib: “Mən Kloppun fikirlərinə qarşıyam. Millətlər Liqası kiçik futbol ölkələri üçün yaxşı şansdır və böyük önəm daşıyır. Bu, UEFA tərəfindən futbolun hələ də mükəmməl olmayan ölkələrdə bu idman növünün məşhurlaşması baxımından atdığı addımdır. Millətlər Liqası olmasaydı, Azərbaycan və Ermənistan kimi yığmalar bir saniyəlik belə Avropa çempionatının final mərhələsində iştiraka iddia edə bilərdi? Əlbəttə, yox. Ümumiyyətlə, komandalar nəticəyə oynayırlar. Bunun nəyi pisdir ki?”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right