“Neftçi” – “Qarabağ” oyunu “El Klasiko”ya görə tez başlayacaq

Azərbaycan Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib. 
 
Newsport.az xəbər verir ki, çempionatın yayım hüququna sahib "CBC Sport" telekanalı bu həftə canı yayımlayacaq qarşılaşmaların və idman yarışlarını açıqlayıb. 
 
Məlum olub ki, turda oktyabrın 27-də saat 16:00-da "Sumqayıt" - "Qəbələ" matçı ilə start veriləcək. Bundan 2 saat sonra "Sabah" "Zirə"ni qəbul edəcək.
 
Növbəti günün ilk görüşündə saat 15:00-da "Səbail" və "Keşlə" üz-üzə gələcək. Tura yekun vuracaq mərkəzi qarşılaşma - "Neftçi" - "Qarabağ" matçı saat 17:00-da start götürəcək. Bu görüşün erkən keçirilməsi İspaniya Primerosunun qarşıdakı turunda "El Klasiko"nun ""Barselona" - "Real" derbisibin saat 19:15-də "CBC Sport"dan canlı yayımlanması ilə bağlıdı. 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right