Bakıya növbəti dəfə səfər edən "Qarabağ"a düşərli olan hakim

UEFA Avropa Liqsının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Vorskla” matçını idarə edəcək Roy Reynşreyber azarkeşlərmizə tanışdı.

Newsport.az xəbər verir ki, israilli hakim indiyə kimi artıq iki dəfə təmsilçimizin matçında fit çalıb. O, 2015-ci ildə “Qəbələ”nin Avropa Liqasının ilk təsnifat mərhələsində Tiflisdə “Dinamo”ya məğlub olduğu (1:2) görüşdə ədaləti qoruyub. 38 yaşlı hakim həmin matçda hər iki komandanın 2 futbolçusuna sarı vərəqə göstərmiş, gürcülərin 1 oyunçusunu meydandan qovmuşdu.

Reynşreyber, həmçinin, 2014-cü ilin sentyabrında AÇ-2016-nın seçmə mərhələ matçında Azərbaycan – Bolqarıstan (1:2) qarşılaşmasında da əlavə köməkçi hakim funksiyasını yerinə yetirib.

Bundan başqa, adıçəkilən hakim 2016/17-c il mövsümündə Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın evdə PAOK-u (Yunanıstan) məğlub etdiyi (2:0) görüşdə baş hakim Alan Yefetin köməkçisi funksiyasını yerinə yetirib. Alan Yefet isə bu dəfə özü köməkçi hakim funksiyasını yerinə yetirəcək.

Reynşreyber ötən il Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın səfərdə “Şerif”ə 2:1 hesabı ilə qalib gəldiyi matçı idarə edib. Təmsilçimizin mərhələ adladığı oyunda İbrahim Şehiç, Miçel, Rəşad Sadıqov, Donald Gerye, Ansi Aqolli sarı vərəqə alıb, ağdamlıların qapısına penalti təyin edilib.

Qeyd edək ki, 2014-cü ildən FİFA referisi statusunu daşıyan hakim bu müddətdə 33 beynəlxalq oyunda fit çalıb. O, bu görüşlərdə 120 sarı, 10 qırmızı vərəqə göstərib. Ədalət təmsilçisi həmçinin 13 dəfə də qapılara penalti təyin edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right