Azərbaycan Premyer Liqası: hər oyuna 625 azarkeş

Azərbaycan Premyer Liqasında 8-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub.

Newsport.az xəbər verir ki, turun ilk görüşü Qəbələdə "Qəbələ" və "Neftçi" arasında baş tutub. Meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanı stadionda 700 nəfər izləyib.

"Azersun Arena"da baş tutan "Qarabağ" - "Səbail" matçında (1:0) 1100, "ASK Arena"da reallaşan "Keşlə" - "Zirə" qarşılaşmasında (1:0) isə 500 azarkeş qeydə alınıb.

"Dalğa Arena"da keçirilən "Sumqayıt" - "Sabah" görüşünü (1:0) isə 200 azarkeş stadiondan izləyib.

Beləliklə, 8-ci turda 2500 azarkeş qeydə alınıb. Bu da hər oyuna 625 fanat deməkdir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right