Elşad Əhmədov: “Rəqib azlıqda qalmasaydı, daha maraqlı oynayardıq”

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer  Liqasının 8-ci turunda "Sumqayıt"a səfərdə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

- Oyunun gərgin keçəcəyini gözləyirdik. Rəqib hardasa ikinci hissədə bizi üstələdi. Hərçənd, azlıqda oynayırdı. Nazim Süleymanov yaxşı komanda qurub. Futbolçularımız xarakter, mübarizlik göstərdilər və qələbə qazandılar. Buna görə onları təbrik edirəm.

- Rəqibin üstünlüyü 60-cı dəqiqədən sonra özünü göstərdi. Komandada yorğunluq, hərəkətsizlik vardı. Bu, nə ilə bağlı idi?

- Qarşılaşmadan öncə məndən soruşmuşdular ki, futbolçularınız revanşa görə özlərini yandıra bilərlər. Onlarda bu həyəcan vardı ki, qol buraxmasınlar.

- Aldığınız 4 sarı vərəqə də bunun nəticəsi idi?

- Bu da revanş hissi ilə bağlı oldu. Çox sarı vərəqə aldıq.
 
- Vurğun Hüseynov olmasaydı, "Sumqayıt" daha üstün oynayardı. Bunu düşündünüzmü?

- Elə düşünmürəm. 11-11-ə oynasaydıq, futbolçularımız daha maraqlı oynayırdılar.

- Bəxtiyar Soltanov ötən mövsüm "Xəzər"də I divizionda komandanızın kapitanı, lideri idi. Ancaq indi sonradan meydana girir, qaça bilmir. Doğrudanmı, çempionatlara arasında səviyyə fərqi belə böyükdür, yoxsa problem futbolçudadır?

- Bu iki liqa arasında səviyyə fərqi həqiqətən böyükdür. Bəxtiyarı özüm tanıya bilmədim, bir neçə epizodda Yusif Nəbiyevi necə üstələyə bilmədi. Halbuki, Soltanov sürətli futbolçudur, bundan faydalana bilmədi (sportnet.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right