Nazim Süleymanov: "Həmin epizodda sadə oynamaq lazım idi"

"Oyuna yaxşı start versək də, 15-ci dəqiqədə azlıqda qaldıq. Təəssüf ki, bu dəfə də qırmızı vərəqə aldıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 8-ci turunda "Sabah"a 0-1 hesabı ilə uduzan "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov deyib. Təcrübəli mütəxəssis məğlubiyyəti şərh edib: "Qol şanslarından yararlana bilmədik. İkinci hissədə üstün idik. Ancaq "Sabah" əlinə düşən imkanı qola çevirdi.İkinci hissədə dəyişikliklərdən sonra üstünlük bizim tərəfəimizə keçmişdi".

Süleymanov 15-ci dəqiqədə qırmızı vərəqə alan kapitan Vurğun Hüseynovun cəzalancağını açıqlayıb: "Onu mütləq cəzalandıracağıq. Rəqib sənə qarşı hirsli olsa da, təxribata çəkmək istəsə də, sakit olmalısan. Həmin epizodda sadə oynamaq lazım idi, rəqibi aldatmaq yox".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right