Region Liqasında biabırçılıq: baş məşqçi hakimlə dalaşdı, polislər meydana girdi

Region Liqasında hazırda davam edən "FC Baku" - "Şahdağ" qarşılaşmasının birinci hissəsində ara qarışıb.

Newsport.az-ın məlumatına görə, hakimin qərarına etiraz edən "Şahdağ"ın baş məşqçisi Kamran Əlibabayev onun ünvanına təhqir və söyüşlər səsləndirib. Bununla kifayətlənməyən baş məşqçi meydana daxil olaraq, hakimə etirazını sərt şəkildə bildirib. Elə bu məqamda "FC Baku" azarkeşləri ilə "Şahdağ"ın futbolçuları arasında dava düşüb. Dava bir qədər sakitləşən vaxt yenidən Kamran Əlibabayev meydana daxil olub. Hakimin onu qovmasını "Şahdağ"ın futbolçuları "həzm edə" bilməyib və hakimə qarşı fiziki təzyiq göstərməyə başlayıblar. Bu məqamda meydançaya polislər daxil olub və baş məşqçini kənarlaşdırıblar.

Matçın AFFA nümayəndəsinin müdaxiləsindən sonra baş məşqçi sakitləşib.

premyer.az

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right