“Keşlə”nin yeni futbolçusunun problemləri: özünə gəlməlidir

Azərbaycan Premyer Liqasının ikinci dövrəsinə start verilsə də, “Keşlə” üçün hələ də “mövsüm başlamayıb”.

Newsport.az-ın məlumatına görə, komanda istədiyi oyunçunu göndərir, istədiyi oyunçunu gətirir. Ötənilki kimi təsir bağışlamayan komandanın əsas problemi sözsüz ki, seleksiya işinin düzgün qurulmaması idi. Sezar Meza kolli, Pərdis Fərcad Azad, adrian Skarlatakenin gedişinin fonunda heyətə cəlb olunanlar faktiki olaraq ciddi bir şeyə qadir deyillər.

Amma ölkəmizdə güclü seleksiyaçı-məşqçi tanınan Bəxtiyar Musayevin gəlişindən sonra nəyəsə ümid etmək olar. Lakin indi elə məqamdır ki, yaxşı futbolçu, formada olan futbolçu tapmaq ağır məsələdir. “Keşlə”nin yeni transferi Conatan Ayite zəngin karyerara malik olsa da, indiki məqamda oynamağa hazır deyil. Son olaraq  aprel ayında rəsmi oyunda iştirak edən Ayite 6 aydır ki, yaşıl meydan üzünə həsrətdir. Futbol11.az saytının məlumatına görə, hazırda xüsusi proqramla işləyən oyunçu ən yaxşı halda 2 aya öz ideal formasına qovuşa bilər. 

Qeyd edək ki, Toqo yığmasının sabiq üzvü olan Ayite “Bordo”, “Brest”, “Alanyaspor”, “Malatyaspor”, “Samsunspor” kimi klubların uğurları üçün çalışıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right