"Keşlə" "Zirə"yə, "Sabah" "Sumqayıt"a qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqada 8-ci tura yekun vurulacaq.


Newsport.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında “Sumqayıt” və “Sabah” klubları üz-üzə gələcəklər. İlk dövrədə rəqibinə 1:4 hesabı ilə uduzan debütant həm məğlubiyyətin əvəzini çıxmağa, həm də turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışacaq.

Turun son oyunu isə autsayderlər arasında olacaq. Son sırada qərarlaşan “Keşlə” doğma meydanda özündən 1 pillə yuxarıda yer alan “Zirə”ni qəbul edəcək. Mövsümə bərbad start verən Mladen Milinkoviçin komandası ilk qələbəsini qazanmaq niyyətindədir. “Zirə” də səfər matçından 3 xal götürməklə, “Qəbələ” ilə fərqin açılmasına imkan vermək istəmir.
 

21 oktyabr (bazar)

19:00.“Keşlə” – “Zirə” - 1:0
Qol: 
Denis Silva, 2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Kamal Umudlu
“ASK Arena”

17:00.“Sumqayıt” – “Sabah” - 0:1
Qol: 
Miloş Bosançiç, 36
Qırmızı vərəqə: Vurğun Hüseynov, 15 ("Sumqayıt")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov
“Dalğa Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right