"Qarabağ"a texniki məğlubiyyət veriləcək

Azərbaycan Premyer Liqasının VIII turunda doğma meydanda "Səbail"lə qarşılaşan "Qarabağ" bu oyundan qalib ayrılsa da, komandaya texniki məğlubiyyət veriləcək.

Newsport.az saytının məlumatına görə, buna Ağdam klubunun oyunun protokolunda adı qeyd olunmayan futbolçunu meydana buraxması səbəb olub. Qarşılaşmanın son dəqiqələrində kapitan Rəşad Sadıqovun əvəzində meydana daxil olan cinah müdafiəçisi Abbas Hüseynovun adı matçın protokoluna daxil edilməyib. Bu, məşqçilər korpusunun diqqətindən yayınıb və o, meydana buraxılıb.

Qarşıdakı günlərdə keçiriləcək AFFA İntizam Komitəsinin iclasında Ağdam klubuna texniki məğlubuyyətin verilməsi rəsmiləşəcək.

Qeyd edək ki, az öncə başa çatan qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.  

Əlavə edək ki, cari mövsümdə ilk belə olay "Zirə"ylə bağlı olub. Maraqlıdı ki, onda da rəqib "Səbail" idi və texniki qələbə qazanmışdı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right