Roberto Bordin: "Bu oyundan dərs çıxarmalıyıq"

"Bu oyundan dərs çıxarmalıyıq. Hesabı aça bilmədik, şanslarımızı qaçırdıq. "Qəbələ" isə əks-hücumlarda bizi məyus etdi. Onları təbrik edirəm".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 8-ci turunda səfərdə "Qəbələ"yə 1-3 hesabı ilə uduzduqları oyundan sonra deyib. İtaliyalı mütəxəssis Rəşad Eyubovu oyunun ən zəif bəndi hesab etməyib: "Rəşadın zəif oynadığını düşünmürəm. Ola bilər ki, oyun praktikası azdır. Biz komanda şəklində uduzduq. "Qəbələ" kompakt şəkildə müdafiə olundu".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right